AZ

Millinin hücumçusunun yeni klubu bəlli oldu

Serbiya millisinin hücumçusu Aleksander Mitroviçin yeni klubu müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, 30 yaşlı forvard karyerasını Qətərdə davam etdirəcək. Təcrübəli futbolçu “Əl Rayyan” klubu ilə anlaşmaya gəlib.

Müqavilənin şərtləri barədə hələlik məlumat verilməyib.

Mitroviç 2023-cü ilin yayından çıxış etdiyi “Əl Hilal”ın heyətində 79 matçda meydana çıxıb, 68 qola imza atıb və 15 asistlə yadda qalıb.

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr