Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin NATO hərbçilərinin Ukraynaya gedəcəkləri təqdirdə RF ordusu üçün qanuni hədəfə çevriləcəklərini bəyan edib.
Outin bu sözləri Şərq İqtisadi Forumunun plenar sessiyasında söyləyib.
Putin deyib: "Ukraynada hərbi kontingentlərin mümkünlüyünə gəlincə, bu, Ukraynanın NATO-ya cəlb edilməsinin əsas səbəblərindən biridir. Buna görə də, hərbi əməliyyatlar zamanı orada hansısa hərbi qüələr peyda olarsa, onları məhv edilmək üçün qanuni hədəflər hesab edəcəyik".
Hürr Tərcüman