AZ

Milli Məclis bu mühüm mövzunu müzakirə edəcək

Yazını böyüt
Yazını kiçilt

"Sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Sessiya çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusu müzakirə olunacaq".

Bu barədə hafta.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Sədr Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Seçilən
25
34
hafta.az

10Mənbələr