“Real”ın hücumçusu Vinisius Juniorun braziliyalı televiziya aparıcısı Virjiniya Fonseka ilə görüşdüyü iddia olunub.
Publika.az xəbər verir ki, futbolçu onu restorana dəvət edib, ertəsi gün isə gül hədiyyə edib.
Fonseka Braziliyada kifayət qədər məşhurdur. Onun “Instagram”da 52 milyon izləyicisi var, bu göstərici təxminən Vinisiusun izləyici sayına bərabərdir.
26 yaşlı Virjiniyanın müğənni Ze Felip ilə münasibətindən üç övladı var. Onların nikahı ötən ilin mayında başa çatıb.