AZ

Böyük bacılar daha aqressivdir

ain.az bildirir, Saglamolun saytına əsaslanaraq.

ARAŞDIRMA Arizona Dövlət Universiteti tərəfindən aparılan yeni beynəlxalq araşdırma ailədaxili münasibətlər barədə maraqlı və gözlənilməz nəticələr ortaya çıxarıb. 24 ölkədən 4000 nəfərin iştirak etdiyi tədqiqat göstərib ki, ailədaxili münaqişələrdə ən çox aqressiv davranış sərgiləyənlər böyük bacılardır.Mütəxəssislərin qənaətinə görə, böyük yaşda olan qız övladları – xüsusilə bacılar – ailə daxilində tez-tez mübahisələrə səbəb olur, sözlü hücumlara başlayır və psixoloji təzyiq formalarına əl atır. Bu davranışlar əsasən kiçik bacı və qardaşlara yönəlir. Daha da maraqlısı odur ki, bu tendensiya ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq müşahidə olunur. Mütəxəssislər bu cür davranışların səbəblərini daha dərindən öyrənməyə çağırır və ailələrə övladlar arasında münasibətlərə daha çox diqqət yetirməyi tövsiyə edir.

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
saglamolun.az

1Mənbələr