BAKI, 5 sentyabr. TELEQRAF
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində (ASC) 2024-cü il üzrə xalça satışında artım müşahidə olunub.
Qurumdan Teleqraf-a verilən məlumata görə, 2023-cü illə müqayisədə satışlar 26% çoxalıb.
Eyni zamanda, 2024-cü ildə ipək xalça istehsalı 2023- cü illə müqayisədə 180% artıb. Lüks seqmentə aid olan ipək xalçaların hər kvadratmetrinin orta satış qiyməti 3 500 manata yaxın olsa da, istehsal olunan məhsulun 90%-dək satılıb.
Qeyd edək ki, qurum 2025-ci ilin ilk altı ayı üzrə mövcud proqnozları da müsbət qiymətləndirir. Bu dövrdə əldə olunan nəticələr müəssisədə müsbət proseslərin davam etdiyini göstərir.