Günümüzdə cərimə cəzasının icrasından boyun qaçırma hallarının artması müşahidə olunur. Bəs, cərimə cəzasının icrasından boyun qaçırma hansı hüquqi nəticələrə gətirib çıxarır? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Cəzaların İcrası Məcəlləsinin 26-cı maddəsinə əsasən, məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun (probasiya üzrə) təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.Hüquqşünas əlavə edib ki, cərimə cəzasının təxirə salınması və ya onun hissə-hissə ödənilməsi məsələsi də qanun vercilikdə əksini tapıb: "Cəzaların İcrası Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 510.3-cü maddəsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31