AZ

“Bayraktar”lar cəbhəyə qayıdıb | VİDEO

AzVision.az “TMZ” portalına istinadən xəbər verir ki, orta hündürlüklü və orta uçuş müddəti olan PUA-lar r Qara dəniz sahilində Rusiya qayığını və bölməsini vurub.

Ukrayna Hərbi Dəniz qüvvələrinin məlumatına görə, Rusiya Qara Dəniz Donanmasının qoşunlarını Tendrovskaya spitinə aparan sürətli qayığı məhv edilib: 7 rus əsgəri həlak olub, 4-ü yaralanıb.

“Əvvəllər “Bayraktar TB-2” pilotsuz təyyarələri Rusiyanın hava hücumundan müdafiə (HHM) və elektron mübarizə sistemləri qarşısında zəif olduğuna görə, onlardan ilk növbədə aralıdan kəşfiyyat üçün istifadə edilirdi. Bununla belə, Krımda və Xerson vilayətində HHM obyektlərinə son zərbələr onların daha sərbəst istifadəsi üçün imkan yaradıb”, - Military Informer.

Bu PUA-ların üstünlüyü ondan ibarətdir ki, onlar məhv edilərsə, ekipaj üçün axtarış-xilasetmə əməliyyatına ehtiyac qalmır.

Digər tərəfdən, Ukraynada pilotsuz təyyarələrin istehsalı qurulub ki, bu da Kiyev yaxınlığındakı zavodlara hücumlardan sonra belə pilotsuz təyyarələr parkını tez bir zamanda bərpa etməyə imkan verir.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
107
1
azvision.az

2Mənbələr