AZ

Xaçaturyan Köçəryan və Sərkisyanı ələ saldı: Artıq Qarabağa “çatırlar”

BAKI, 5 sentyabr. TELEQRAF

“Robert Köçəryan, Serj Sərkisyan və II Qaregin Ermənistan və Azərbaycan arasında sülh prosesini pozmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Armen Xaçaturyan deyib.

Ermənistandakı revanşist qüvvələrin avqustun 8-də Vaşinqtonda iki ölkə arasında əldə edilmiş razılaşmalara qarşı çıxdıqlarını qeyd edən deputat bildirib ki, onların məqsədi bu prosesi pozmaqdır:

“Müxalifət böyük problemlə üz-üzədir, gündəmi yoxdur, nəyi qınayacaqlarını da bilmirlər. Bu adamlar müxalifətçilik etməyi də bacarmırlar. Onlar ideologiyası olmayan dövlət əleyhdarı adamlardır. İstədikləri sülh prosesini təhlükəyə atmaqdır. İndiyə qədər “Daşnaksütyun” bütün günü deyirdi ki, Samsuna gedək, Vana girək, Ərdahana soxulaq. Samsun və Vanı bir kənara qoyub, indi də Qarabağa “çatırlar”, amma 44 günlük müharibə bizə irəliyə doğru yol göstərdi”.

Xaçaturyan xatırladıb ki, bundan əvvəl 10 noyabr bəyanatını “kapitulyasiya” adlandıran Ermənistan müxalifəti Vaşinqtonda razılaşma əldə edildikdən sonra yenidən Rusiya ilə imzalanmış sənədi təbliğ etməyə başlayıb:

“Bunu da Ermənistanın yox, başqa ölkənin (Rusiyanın) maraqları naminə edirlər. Hər dəfə də özlərini bir nəfərin simasında göstərirlər: gah Vazgen Manukyan, gah din adamı, gah Serj Sərkisyan və Köçəryan, indi də Samvel Karapetyanın timsalında. II Qaregin də eyni işin içindədir”.

Seçilən
57
teleqraf.com

1Mənbələr