AZ

“Sədərək”də sürücülər arasında dava - həbs edilən var

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində sürücülər arasında insident baş verib.

News24.az xəbər verir ki, ticarət mərkəzinin ərazisində maşın saxlamaq üstündə taksi sürücüsü ilə müştəri arasında mübahisə yaranıb. Hadisə ətrafdakı insanların narahatlığına səbəb olub və ictimai asayiş pozulub.

Söyüş söyərək səs-küy salan sürücü polis tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə aparılıb. Onun Gədəbəy rayonunun Sarıhasanlı kəndində qeydiyyatda olan, Xırdalan şəhərində yaşayan 44 yaşlı E.Piriyev olduğu müəyyənləşib.

Barəsində inzibati protokol tərtib edilən sürücü Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati həbs cəzası alıb.

Yaşar Araz


Seçilən
73
2
news24.az

3Mənbələr