"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi növbəti yay 34 yaşı olacaq misirli futbolçunun əvəzinə Maykl Oliseni transfer etməyi planlaşdırır.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Olise ötən ilin yayında "Bayern Münhen"ə transfer olub. Onun klubla 2029-cu ilin yayına qədər müqaviləsi var.
Fransalı futbolçu Münhen təmsilçisində 59 oyuna 24 qol vurmağı bacarıb.