AZ

Yolda qazıntı aparıldıqdan sonra təmir işləri görülməyib ŞİKAYƏT VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Pirşağı–Sumqayıt yolundan istifadə edən sürücülər və sakinlər narazılıq edirlər. 

Avtosfer.az xəbər verir ki, yolun bəzi hissələrində yenidən qazıntı işləri aparılıb. Kanalizasiya lyuklarının üstü açıq qalıb və bu da hərəkət zamanı sürücülər üçün təhlükə yaradır.

Şikayətçilər bildirirlər ki, yol boyunca çuxurların çox olması nəqliyyat vasitələrinin rahat hərəkətinə imkan vermir. 

Sakinlərin narazı qaldığı digər bir məsələ isə piyadaların hərəkətinə yaranan çətinliklə bağlıdır. Yol kənarında nəzərdə tutulan səkilər üzərində işıq dirəkləri və qaz borularının yerləşdirilməsi nəticəsində piyadaların keçidi çətinləşib. Onlar məcburiyyət qarşısında qalıb yolun ortası ilə hərəkət edirlər ki, bu da qəza riskini artırır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
134
avtosfer.az

1Mənbələr