AZ

Zelenski açıqladı – Ukraynanı 26 ölkə müdafiə edəcək

BAKI, 5 sentyabr. TELEQRAF

“Ukrayna üçün təhlükəsizlik zəmanətləri hərbi əməliyyatların dayandırılmasını gözləmədən dərhal qüvvəyə minməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İstəklilər Koalisiyası”na daxil olan ölkələrin vəd etdiyi təhlükəsizlik zəmanətlərinin hərbi əməliyyatların bitməsini gözləmədən dərhal qüvvəyə minməsi vacibdir”, - prezident bildirib.

Söhbət təkcə Ukraynaya hərbi dəstəkdən deyil, həm də iqtisadi təminatlardan gedir. Zelenskinin sözlərinə görə, 26 ölkə Ukraynanın təhlükəsizliyini dəstəkləməyə hazır olduğunu bildirib və bu, irəli doğru mühüm addımdır.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr