AZ

"Vaşinqton görüşü regionda güc balansını dəyişdi" - DEPUTAT

"Vaşinqton görüşü regionda güc balansını dəyişdi" - DEPUTAT"Vaşinqton görüşünün nəticələri göstərdi ki, artıq regionda güc balansı ənənəvi formadan şaxələndirilmiş formata dəyişib. Yəni, qısası, dəyişən dünya nizamı regionumuzdan da təsirsiz ötüşməyib. Hər halda, irəliləyişlər ölkəmizin də marağındadır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycanın son həmləsi - sülh sazişinin paraflanması üçün məhz, dünyanın bir nömrəli ofisini seçməsi və dünyanın lider ölkəsinin rəhbərinin iştirakı ilə bunu etməsi ölkəmizin çoxvektorlu xarici siyasət kursuna tam uyğundur:

"Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması tələbi də, irəli sürülən şərtlər də Ermənistan tərəfindən qəbul edildi. Növbəti mərhələdə sülh sazişinin imzalanması üçün Ermənistanın Konstitusiya dəyişikliyini şərtdir ki, bu da vaxt məsələsidir. Dəhlizin Zəngəzur hissəsində dəmiryolunun tikintisi Ermənistanın öhdəliyidir. Məhz, Ermənistan dəhlizə qarantor olması üçün ABŞ-la müqavilə imzalayıb. Biz həm Zəngilan, həm də Naxçıvan tərəfdə Ermənistan sərhədinə kimi dəmiryolu xəttini hazır vəziyyətə gətirəcəyik. Zəngəzur hissəsi bizim üçün maneəsiz keçid olacaq, yüklər və sərnişinlər bu yoldan iştifadə edərək Azərbaycanın əsas hissəsindən Naxçıvana quru yolu ilə gedə biləcək. Regionda yeni logistik imkanlar açılır, beynəlxalq marşrut istifadəyə veriləcək. Bununla da Şərq-Qərb və Şimal-Cənub maşrutu boyunca yeni quru yolu açılmış olacaq və həm Avropa, həm də Asiya üçün yeni dividentlər gətirəcək. Azərbaycan və Ermənistan isə tranzit ölkə olaraq bu layihədən yararlanacaq".

Vüsalə İbrahimli

Seçilən
27
sonxeber.az

1Mənbələr