Sentyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdərə rayonunun Vəngli kəndinə köçlə bağlı püşkatma mərasimi təşkil olunub.
QHT.az xəbər verir ki, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilovun sözlərinə görə, İctimai Şura da mərasimdə iştirak edib. QHT sədri bildirib ki, vətəninə dönən keçmiş məcburi köçkünlərin sevincini izləmək çox xoş idi:
"Komitə tərəfindən Vəngli sakinlərinə mina təhlükəsi ilə bağlı maarifləndirici video çatx təqdim olunub. İctimai Şura püşkatma mərasiminin qanuna uyğun və şəffaf təşkil olunmasına görə Komitə əməkdaşlarına təşəkkürünü bildirib. Keçmiş məcburi köçkünlər isə vətənlərinə geri dönmələri münasibətilə təbrik olunub".
Pərvanə Fərhadqızı