Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qubada minik avtomobili aşıb.
"Unikal"ın məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun 8-ci km-də, rayonun Zərdabi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Rövşən Baxışovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq işıq dirəyinə çırpılıb, daha sonra aşıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.