AZ

ABŞ ən böyük Patriot raketləri istehsalı müqaviləsini imzalayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Müdafiə Nazirliyi "Lockheed Martin" korporasiyası ilə 9,8 milyard dollar dəyərində müqavilə imzalayıb. Şirkət 1970 "Patriot Advanced Capability" – 3 Raket Bölmələri Təkmilləşdirməsi (PAC-3 MSE) tipli raket istehsal edəcək, həmçinin müvafiq avadanlıqları hazırlayacaq.

Bizimyol.info xəbər verir ki, bu müqavilə, "Lockheed Martin"in raket silahları və atəş idarəetmə sistemlərinin istehsalı üzrə tarixində ən böyük müqavilə olub.

"Son dövrlərdəki döyüş fəaliyyəti "PAC-3 MSE"nin Amerika və onun müttəfiqləri üçün dünyada zəruri silah olduğunu bir daha təsdiqləyib", - deyə "Lockheed Martin"in inteqrasiya olunmuş hava hücumundan müdafiə və raketdən müdafiə üzrə vitse-prezidenti və baş meneceri Ceyson Reynolds bildirib.

O, əlavə edib ki, yeni müqavilə sayəsində şirkət gələcək illər ərzində rekord sayda raket müdafiə sistemləri təchiz edəcək.

"Lockheed Martin" artıq bir neçə ildir ki, "PAC-3" istehsalını artırır ki, artan müştəri tələbatını ödəyə bilsin. Şirkət 2025-ci ildə ilk dəfə olaraq ildə 600-dən çox raket göndərməyi planlaşdırır. Bu, müqavilə imzalanmazdan əvvəlki iki il ərzində istehsal güclərinin genişləndirilməsinə qoyulan sərmayələrin nəticəsidir.

"PAC-3 MSE" hədəfi birbaşa kinetik zərbə ilə neytrallaşdırır ki, bu da partlayıcı başlıqlarla müqayisədə çox daha yüksək effektivlik təmin edir. Sistem balistik və qanadlı raketlərə, həmçinin hipersəs və hava hədəflərinə qarşı döyüş şəraitində müvəffəqiyyətlə sınaqdan keçirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
116
icma.az

1Mənbələr