AZ

Tacikistanın paytaxtında hərbi parad keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində dövlət müstəqilliyinin 34-cü ildönümü və Respublika Milli Qvardiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş hərbi parad keçirilib.

Hafta.az-ın yazdığına görə, prezident Emoməli Rəhmon hərbçiləri yubiley münasibətilə təbrik edib, onlara ölkədə müstəqilliyin və əmin-amanlığın qorunmasının vacibliyini xatırladıb, həmçinin qvardiyanın dövlətçiliyin formalaşmasında xidmətlərini xatırladıb.

Parad Silahlı Qüvvələrin, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla 5 mindən çox hərbçinin iştirakı ilə keçirilib.

Zirehli texnika, hərbi maşınlar nümayiş etdirilib, döyüş təyyarələri səmada manevrlər edib.

“Bu gün tacik xalqının tarixi ənənələrini nəzərə alaraq yeni milli dövlətçiliyin rəmzi kimi tərəfimizdən yaradılmış Milli Qvardiya qüdrətli xüsusi təyinatlı hərbi struktura çevrilib ki, bu da öz növbəsində müstəqillik və azadlığın, ölkənin ərazi bütövlüyünün, habelə dövlətin və cəmiyyətin təhlükəsizliyinin qorunmasında ən mühüm amillərdən biridir”, - prezident qeyd edib.

Emoməli Rəhmon hərbçiləri və təhlükəsizlik qüvvələrini peşəkarlıq, sayıqlıq və Vətənə sədaqət nümunəsi olmağa çağırıb.

Respublikanın Milli Qvardiyası Tacikistan Silahlı Qüvvələrinin bölmələrindən biridir, prezidentə, Silahlı Qüvvələrin Ali Baş Komandanına tabedir və dövlət başçısının ehtiyat qüvvəsi hesab olunur.

Qeyd edək ki, Milli Qvardiya 1995-ci ildə suverenliyin, ictimai asayişin və strateji obyektlərin mühafizəsi üçün elit bölmə kimi yaradılıb.

Seçilən
118
hafta.az

1Mənbələr