AZ

Professor Nadir Məmmədlinin yeni kitabı 38 illik zəhmətin bəhrəsi

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin direktoru professor Nadir Məmmədlinin “Moskva Şərqşünaslıq institutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları” kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda azərbaycanlıların Moskvanın Şərqşünaslıq institutlarında təhsil və fəaliyyətləri, onların elmi, pedaqoji və ictimai həyatda rolu geniş şəkildə araşdırılıb. Əsər zəngin arxiv materialları və tarixi mənbələr əsasında ərsəyə gətirilib.

Müəllif əsərin hazırlanmasına ümumilikdə 38 il zəhmət sərf edib. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Rafael Hüseynovdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
azertag.az

2Mənbələr