Bakı. Trend:
Sentyabrın 4-də Əfqanıstanın şərqində baş vermiş zəlzələdə azı31 nəfər yaralanıb.
Trend xəbər verirki, bu barədə Pakistan KİV-də bölgələrin rəsmilərinə istinadənməlumat yayılıb.
Nangərhar əyalətində aralarında uşaq və qadınlar olmaqla, 22nəfər müxtəlif dərəcəli travmalar alıb. Zəlzələnin fəsadlara səbəbolduğu rayonlarda təcili yardım briqadaları göndərilib, ağırxəsarətlər almış zərərçəkənlərə tibbi yardım göstərilib.
Bundan başqa, Lağman əyalətində 9 nəfər yaralanıb.
Xatırladaq ki, ötən gün Hindquş dağlarında (Əfqanıstanınşərqində) 5,2 bal gücündə zəlzələ olub. Bundan əvvəl avqustun 31-dəƏfqanıstanda ard-arda baş vermiş 6,2 və 5,5 bal gücündə zəlzələlər2200-dən çox insanın həyatına son qoyub, 3600-dan çox insanyaralanıb.