AZ

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

Qazaxıstan Respublikasının Almatı şəhərində “KazBuild 2025” –31-ci Qazaxıstan Beynəlxalq Tikinti və İnteryer Sərgisikeçirilir.

Trendxəbər verir ki, üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinindəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin –AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 8 şirkəti məhsullarını“Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları,boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullarnümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarınınkeyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əksetdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir.

Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xaricitərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkünəməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafındadanışıqlar aparılır.

Qeyd edək ki, “Made in Azerbaijan” stendi sərginintəşkilatçıları tərəfindən “Ən yaxşı kollektiv ekspozisiya”nominasiyası üzrə qalib elan edilib.

Azərbaycan
Azərbaycan
Seçilən
46
4
az.trend.az

7Mənbələr