Hülakilər qəsri və Bakının rolu
XIII əsrdə müasir Azərbaycan ərazisi Monqol imperiyasının hissələrindən biri olan Hülakilər ulusunun tərkibində idi. O dövrdə sahil qalaları strateji əhəmiyyətə malik idi - onlar ticarət yollarını və yaşayış məntəqələrini dənizdən gələn hücumlardan qoruyurdular. Belə istehkamlardan biri də “Səbail qalası” olub.
700 ildən çox suyun altında
İstehkam XII əsrdə Şirvanşah III Fəribuzun dövründə tikilib. Bayıl körfəzindəki kiçik bir adada dayanan istehkam Bakıya yaxınlaşan yolları qoruyurdu. Lakin 1306-cı ildə güclü zəlzələ baş verib. Seysmik aktivlik nəticəsində ada nəhəng daş konstruksiyası ilə birlikdə suya qərq olub.
Dənizin dərinliyindən qayıdış
![]() |
“Xəzəri xilas edək” –Tokayev |
Unikal tapıntılar
Arxeoloqlar strukturun həqiqətən də hərbi təyinatlı olduğunu təsdiqləyiblər. Qalın divarlar, qüllələr və plan orta əsr istehkam standartlarına uyğundur. Belə qalalar mühasirələrə və katapult zərbələrinə tab gətirərək düşmənin vəziyyətini çətinləşdirirdi.
Xəzərin taleyi və yeni kəşflər
Dənizin suyunun çəkilməsi əsrlər boyu Xəzərin dibində gizlədilmiş obyektləri əlçatan edir. Vəziyyət bir neçə onillikdə yoxa çıxan Aral dənizi hekayəsini xatırladır. Xəzərin tamamilə quruması ehtimalı az olsa da - Volqa və Ural çayları onu qidalandırmaqda davam edir, - suyun geri çəkilməsi yeni arxeoloji sirləri aşkarlaya bilər.
*******************************************
Bununla belə, son illər Xəzərdə suyun səviyyəsinin azalaması mütəxəssisləri ciddi şəkildə narahat edir. Onların fikrincə, əgər bunun qarşısını almaq üçün zəruri tədbirlər görülməsə, Xəzər dənizi həqiqətən də Aral dənizinin acı taleyini təkararlaya bilər.
Təsadüfi deyil ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindəki çıxışında diqqəti Xəzərin quruması probleminə yönəldərək, onun vəziyyətinin kirtik olduğunu vurğulayıb. .
Sahil İsgəndərov
AzVision.az