AZ

Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa Kuboku uğrunda mübarizəyə başlayır.

Fanat.Az-ın məlumatına görə, yığmamız (Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova) bu gün qitə yarışında ilk görüşlərini keçirəcək.

Yarışın ilk günündə rəqib iki oyuna çıxacaq komandamızın startdakı rəqibi Fransa seçməsi olacaq. Qarşılaşma saat 15:25-də başlayacaq. Onu da qeyd edək ki, əvvəlcə görüşün 13:55-də başlaması nəzərdə tutulmuşdu. Ancaq əlverişsiz hava şəraitinə görə matç ertələnib.

B qrupunda yer alan millimizin Danimarkanın Kopenhagen şəhərindəki növbəti rəqibi Ukrayna olacaq. Görüş saat 20:25-də start götürəcək.
 
Qeyd edək ki, bu, Azərbaycan qadın yığmasının avrokubokların final turnirlərində ikinci startıdır.

Seçilən
109
fanat.az

1Mənbələr