AZ

ABŞ narkokartellərlə mübarizə üçün Karib dənizi hövzəsinə çox sayda qırıcı göndərir

Bakı. Trend:

ABŞ Karib dənizinin cənub bölgəsində narkokartellərlə mübarizəməqsədilə Puerto-Rikoya on ədəd F-35 qırıcısı göndərəcək.

Trend xəbərverir ki, bu haqda “Reuters” öz mənbələrinə istinadən yazır.

Mənbələrin bildirdiyinə görə, qırıcılar artıq gələn həftətəyinat nöqtəsinə yollanacaqlar. O da qeyd olunur ki, artıqAmerikanın yeddi döyüş gəmisi və bir sürətli atom sualtı qayığısözügedən bölgədədir. Ümumi şəxsi heyəti 4,500 nəfərdən çoxdur.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp öz “Truth Social”sosial şəbəkə hesabında amerikalı hərbçilərin beynəlxalq sulardaVenesuelanın “Tren de Aragua” narkokartelinin 11 üzvünüzərərsizləşdirdiyini bəyan etmişdi.

Məqalədə:
Seçilən
72
1
az.trend.az

2Mənbələr