AZ

Ukrayna klubu azərbaycanlı futbolçunu əvəzedici heyətə GÖNDƏRDİ

Ukraynanın “Polesye” klubunda çıxış edən futbolçumuz Emil Mustafayevin komandadakı durumu o qədər də ürəkaçan deyil. 

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda həmyerlimiz digər 5 futbolçu ilə birlikdə əvəzedici heyətə göndərilib. 

Buna səbəb baş məşqçi Ruslan Rotanın bu oyunçuları heyətdə görmək istəməməsidir. 

Qeyd edək ki, Emil Mustafayev bu mövsüm hələ ki, “Polesye”nin heyətində heç bir oyuna çıxmayıb. O, komandasını dəyişmək üçün hazırda bir sıra klublarla danışıq aparır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
39
2
bizim.media

3Mənbələr