AZ

İranın gizli hərbi fəaliyyəti ifşa edildi

BAKI, 5 sentyabr. TELEQRAF

“Terrorçu husilər (“Ənsarallah” Hərəkatı) İrandan qaçaqmalçılıq yolu ilə gətirilən komponentlərdən istifadə edərək kimyəvi silah istehsal edirlər”.

Teleqraf xəbər verir ki, bunu Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya naziri Müəmmər əl-İryani deyib.

“Terrorçu husi yaraqlıları iranlı mütəxəssislərin birbaşa nəzarəti və rəhbərliyi altında kimyəvi silah istehsalı müəssisəsi yaradıblar. İran rejimi nəzarəti altında olan ərazilərə zəhərli qazlar və kimyəvi silahların istehsalı üçün istifadə olunan materialları qaçaqmalçılıq yolu ilə keçirib”, - nazir bildirib.

İryani qeyd edib ki, Yəmən hökumətinin qiymətləndirməsi bir neçə etibarlı mənbədən alınan kəşfiyyat məlumatlarına əsaslanır: “Buna əsasən, yaraqlılar artıq zəhərli materiallar hazırlamağa, həmçinin onları ballistik raketlərə və hücum pilotsuz təyyarələrinə quraşdırmağa başlayıblar”.

Seçilən
15
teleqraf.com

1Mənbələr