AZ

Füzuli və Tovuzda yanğın törədənlər tutuldu - FOTO

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Gundem.az-a bildirilib ki, sentyabrın 4-ü Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə. Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Tovuzda da yanğına səbəb olan şəxs saxlanılıb. Belə ki, dünən rayonun Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü  Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.

M. Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.

 

Seçilən
32
17
gundem.az

10Mənbələr