AZ

Türkiyədə ALTAY tanklarının seriyalı istehsalına başlanılıb

Bakı. Trend:

Türkiyənin BMC müdafiə şirkətinin Ankaradakı zavodu yerli ALTAYtanklarının seriyalı istehsalına başlayıb.

Trend xəbərverir ki, zavod ALTAY-a inteqrasiyası planlaşdırılan TürkiyəninBATU güc qurğusunun təkmilləşdirilməsi işlərini də davametdirir.

BMC-nin baş direktoru Fuat Tosyalı jurnalistlərə müsahibəsindəyerli tankların seriyalı istehsalını “Türkiyənin çoxəsrlik ümidinintəcəssümü” adlandırıb.

ALTAY tanklarının Türkiyə Silahlı Qüvvələrinin zirehli qoşunhissələrinin onurğa sütununa çevriləcəyi gözlənilir.

Ankaradakı HAB sənaye zonasındakı zavodda tankların tamyığılması sikli işə salınıb. “İlk seriyalı tanklar zavodun rəsmiaçılış mərasimində konveyerdən çıxarılacaq”, - deyən Tosyalı,həmçinin türk tanklarının dost və müttəfiq dövlətlərə tədarükünüistisna etməyib.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün dahaəvvəl bildirmişdi ki, Türkiyə Silahlı Qüvvələri 2028-ci ilə qədər85 seriyalı ALTAY tankı alacaq.

Seçilən
19
8
az.trend.az

10Mənbələr