Bakı. Trend:
Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyəverilib.
Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, tibb müəssisələrində göstərilən xidmətlərinmüasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyəxidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsiməqsədilə TƏBİB tərəfindən bir sıra yeniliklər həyatakeçirilir.
Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbəsisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətəgətirilməsidir.
Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilənxidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək.Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmışelektron növbə monitorlarından növbə götürməklə xidmətlərdənistifadə edəcəklər.
Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir.Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tiplixəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus(Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdətutulub.
Qeyd edək ki, tibbi xidmətlərin elektron növbə sistemi prinsipiəsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbiyardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçündaha əlçatan olmasına şərait yaradır.