AZ

Qazaxıstan tarixində ən böyük kokain partiyası Almatıda ələ keçirilib

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Almatıda respublika tarixində ən böyük kokain partiyası — 13 ton 183 kiloqram narkotik vasitə ələ keçirib.

APA xəbər veirir ki, bu barədə Qazaxstan mediası KNB-nin mətbuat xidmətinə istinadla məlumat verib.

Verilən məlumata görə, kokain partiyasının Qazaxıstan ərazisindən keçməklə üçüncü ölkələrə tranziti nəzərdə tutulurdu.

Bildirilir ki, narkotrafikin təşkilində şübhəli bilinən iki xarici vətəndaş saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Seçilən
12
2
apa.az

3Mənbələr