Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şamaxıda vətəndaşları qəbul edəcək.
Bu barədə Redaktor.az-a komitədən məlumat verilib.
Bildirilib ki, qəbul sentyabrın 12-si saat 11:00-da YAP-ın Şamaxı rayon təşkilatının inzibati binasında keçiriləcək.
B.Muradova qəbulda Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərinə baxacaq.