AZ

“Beşiktaş” Zuriko Davitaşvilinin transferində maraqlıdır

ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Beşiktaş” yay transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Sent-Etyen”in vingeri Zuriko Davitaşvilini heyətinə qatmaq istəyir.

Klub gürcü futbolçu üçün 10 milyon avro ödəmək niyyətində deyil və oyunçunu maksimum icarəyə götürmək planı üzərində dayanır.

Davitaşvili isə “Beşiktaş”a keçməkdə maraqlıdır və bu barədə menecerinə məlumat verib.

Qeyd edək ki, 23 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin 30 iyununa qədər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
idmanxeber.az

2Mənbələr