İsveçin “Saab” şirkəti Latın Amerikasındakı adı açıqlanmayan ölkədən “Giraffe 4A” radar sifarişi alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 550 milyon SEK (58.4 milyon ABŞ dolları) təşkil edir.
“Giraffe 4A”, istifadəçiyə bir neçə fərqli imkan verən çoxfunksiyalı radardır. Çox sayda obyekti eyni vaxtda müəyyən etmək və izləmək qabiliyyətinə malik bu radar sistemi hava və dəniz müşahidəsi, eləcə də hərbi hava hərəkətinə nəzarət üçün uyğundur.