AZ

İndoneziyada Semeru vulkanı yenidən püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanının iki yeni püskürməsi qeydə alınıb. Bu barədə Antara agentliyi Semeru vulkanının monitorinq mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, vulkan bir gündə iki dəfə püskürüb.

İlk partlayış yerli vaxtla saat 05:01-də baş verib və təxminən 140 saniyə davam edib. Saat 09:28-də 145 saniyə davam edən növbəti püskürmə qeydə alınıb.

Kül 500 metr hündürlüyə çataraq cənub-şərq istiqamətində hərəkət edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vulkan ikinci təhlükə səviyyəsində (həyəcanlılıq səviyyəsi) qalır. Yerli sakinlərə və turistlərə vulkanın mənsəbinə 8 km-dən yaxın məsafəyə yaxınlaşmağa icazə verilmir.

İndoneziya seysmik cəhətdən təhlükəli "Sakit Okean Od Halqası"nda yerləşir və 130-a yaxın aktiv vulkanı var.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr