Bakı. Trend:
Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Kşiştof Ojannu,iddiaya görə, Qjeqoj Qavel adlı vətəndaşın Belarus ərazisindəcasusluq fəaliyyəti göstərməsi məsələsi ilə əlaqədar ölkənin Xariciİşlər Nazirliyinə çağırılıb.
Trend xəbər verirki, bu barədə Belarus XİN-in rəsmi saytında məlumat yayılıb.
Məlumata əsasən, görüş zamanı polşalı diplomata etiraz notasıtəqdim olunub.
“Polşa diplomatına belə hərəkətlərin yolverilməzliyi, onlarınmehriban qonşuluq prinsiplərini kobud şəkildə pozduğu və ikitərəflimünasibətlərə ciddi zərər vurduğu qeyd edilib. Polşa tərəfi başvermiş hadisəyə hüquqi qiymətin veriləcəyi ilə bağlı rəsmi Minsktərəfindən məlumatlandırılıb”, – XİN-dən bildiriblər.
Nazirlik əlavə edib ki, Belarus tərəfi Polşanı respublikanınmilli təhlükəsizliyinə təhdid yaradan addımlardan çəkinməyəçağırıb.