Qazaxıstanın Qarağandı vilayətindəki “Sarışağan” poliqonunda Hava Hücumundan Müdafiə Qüvvələrinin rəqəmsallaşdırılması üçün mühüm mərhələ hesab olunan “Cəngavər dostluğu-2025” taktiki təliminin aktiv fazası keçirilib.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı ilk dəfə avtomatlaşdırılmış idarəetmə sistemi sınaqdan keçirilib.
Qeyd edilib ki, bu sistem döyüş vəziyyətinə mümkün qədər yaxın mühitdə öz effektivliyini göstərib.
Təlim prosesini Qazaxıstan müdafiə nazirinin müavini – Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Kayrat Sadıkov və müdafiə nazirinin rəqəmsallaşdırma üzrə müavini Darxan Axmediyev izləyib.
Təlim çərçivəsində hava hücumundan müdafiə (HHM) bölmələri və şərti düşmən rolunu oynayan Qazaxıstan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası iştirak edib. Hava hədəfləri müəyyən edildiyi zaman HHM bölmələri kütləvi zərbələrə qarşı müqavimət göstərmək üçün məlumatlandırma və zərbə vasitələrini istifadəetmə alqoritmləri ilə işləyiblər.
“Hərbi-taktiki təlim Hava Hücumundan Müdafiə Qüvvələrinin inkişafında mühüm mərhələ oldu. Biz ilk dəfə avtomatlaşdırılmış idarəetmə sistemindən istifadə etdik və nəticələr gözləniləndən də yüksək oldu. Rəqəmsal həllər məlumat mübadiləsinin sürətini artırdı və qarşılıqlı uyğunluğu daha da dəqiqləşdirdi. Bu, qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verdi”, – deyə Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi qulluqçusu Adil Sübebayev bildirib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */