AZ

Qanunsuz balıq ovu hallarını aşkarlamaq üçün reydlər davam edir

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və AkvakulturaMərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsininİstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə sentyabrın3-də Abşeron rayonunun “Novxanı bağlar massivi” adlanan ərazisindəqanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər.

Reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayanVüsal Nəcəf oğlu Nəcəfquluzadə və Tərlan Əliyulla oğlu Səttarovmüəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlərgörülüb. Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuzov vasitələri götürülüb.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarınınqorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiqdövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərininhəyata keçirilməsi davam edir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovuqadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanunitədbirlər görüləcəkdir.

Seçilən
17
3
az.trend.az

10Mənbələr