AZ

Finlandiya iki dövlət bəyannaməsinə qoşulur

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Finlandiya Fələstin məsələsinin sülh yolu ilə həlli və “iki dövlət” həllinin həyata keçirilməsinə dair beynəlxalq bəyannaməyə qoşulub.

Bizimyol.info xəbər verir ki, sənəd iyulda Səudiyyə Ərəbistanı və Fransanın BMT-də təşkil etdiyi konfransın nəticəsi olub. Görüş Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişədən çıxış yollarının tapılmasına həsr olunub. ABŞ və İsrail tədbiri boykot edib.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen: “Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi proses iki dövlətli həll üçün şərait yaratmaq üçün son illərdə ən əhəmiyyətli beynəlxalq səydir”, - deyib.

Bəyannamədə qeyd olunan ilk addım Qəzzada İsrail və HƏMAS arasında müharibəyə son qoymaqdır. Qeyd olunur ki, sənəddə “iki dövlət ideyasının həyata keçirilməsi üçün real, zamana bağlı və geri dönməz addımlar” var.

Finlandiya bəzi digər Avropa ölkələrindən fərqli olaraq hələ də “Fələstin”i tanıdığını bəyan etməyib. Finlandiya koalisiya hökuməti daxilində bu məsələdə hələ də fikir ayrılıqları var.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
140
bizimyol.info

1Mənbələr