AZ

Kobaxidze: Gürcüstanda dövlətin devrilməsinə imkan verilməyəcək

TBİLİSİ, 5 sentyabr. TELEQRAF

“Gürcüstan dövləti öz yerindədir, heç kəsə özünü dinc və yaxud qeyri-dinc yolla devirməyə imkan verməyəcək”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət liderlərinin hakimiyyətin dinc yolla devrilməsi ilə bağlı bəyanatlarını jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, radikal müxalifətçilərin sözləri ciddiyə alınmamalıdır.

“Digər tərəfdən bu cür bəyanatlar radikal müxalifətin simasını göstərir. Onlar bu illər ərzində dövlətin devrilməsindən, inqilabdan danışırlar. Biz söz verdiyimiz kimi dövlətin devrilməsinə imkan verməyəcəyik və bu vədimiz mütləq yerinə yetiriləcək”, - o söyləyib.

Qeyd edək ki, müxalifət nümayəndələri bu gün Gürcüstanda yerli seçkilərin keçiriləcəyi tarixdə - oktyabrın 4-də Tbilisidə etiraz aksiyasının təşkil olunacağını elan ediblər. Bildirilib ki, aksiya “dinc inqilab” və “dinc devrilmə” məqsədi daşıyacaq.

Seçilən
132
teleqraf.com

1Mənbələr