AZ

"QHT-lərin konseptual yanaşması vətəndaş cəmiyyətinin inkişafına xidmət edir" - İctimai Birliyin sədri

"Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib ki, müasir dövrdə xeyriyyəçilik həm fərdlərin fəaliyyətində, həm də dövlət siyasətində mühüm prinsipə çevrilib.

Onun sözlərinə görə, bu sahədə zəngin təcrübəyə malik QHT-lərin birləşərək konseptual yanaşma sərgiləməsi vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verə bilər. Esmira Rəhimova vurğulayıb ki, statistik göstəricilər və sosioloji sorğular əsasında xeyriyyəçilik hərəkatının gələcək inkişafı proqnozlaşdırılmalıdır:

“Bunun üçün böyük təcrübəsi olan QHT-lərin peşəkar mütəxəssisləri birgə sosial layihələr həyata keçirməlidir. Bu, vətəndaş cəmiyyətinin inkişafına ciddi təkan verəcək. Xüsusilə də iqtisadi böhranların yaşandığı dövrdə xeyriyyəçiliyin yeni formaları, iştirakçıları və mexanizmləri meydana çıxır: “Peşəkar QHT-lər bu istiqamətdə fəaliyyət göstərərək həm ölkəmizdə, həm də dünyada xeyriyyəçilik hərəkatının inkişafına töhfə verir.”

Esmira Rəhimova əlavə edib: “İnsanları sevmək həmişə asan deyil. Bunu peşəkarlıqla edən insanlar var – bunlar xeyriyyəçilərdir.”

 

Pərvanə Fərhadqızı

Seçilən
80
qht.az

1Mənbələr