AZ

“Tramp Rusiyaya yardım edən bu ölkələrdən narazıdır” – Zelenski ikisinin adını çəkdi

BAKI, 5 sentyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp bəzi Avropa İttifaqı ölkələrinin Rusiyadan neft-qaz almasından və bununla Rusiyaya müharibə maşınını Ukraynaya qarşı savaşda irəli aparmaqda kömək etməsindən çox narazıdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Prezident Tramp avropalıların Rusiyadan neft-qaz almasından narazıdır. Bu, xüsusən də Slovakiya və Macarıstana və yəqin ki, başqa ölkələrə aiddir”, - Zelenski qeyd edib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiyanın enerji resurslarının alınması dayandırılmalıdır.

Seçilən
56
teleqraf.com

1Mənbələr