İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC Qazaxıstanın paytaxtı Almatı şəhərində keçirilən 31-ci Qazaxıstan Beynəlxalq İnşaat və İnteryer Sərgisi–“KazBuild 2025”də iştirak edir. İştirakçılar tərəfindən maraqla qarşılanan sərgidə şirkətin istehsal etdiyi premium işçi ayaqqabılarının yeni modellərinə dair nümunələr nümayiş etdirilir.
“KazBuild” sərgisi inşaat sektoru üzrə regionun ən böyük və nüfuzlu tədbirlərindən biridir. Bu il sərgiyə 23 ölkədən 401 iştirakçı qatılıb. Sərgidə Azərbaycan, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və İran kimi ölkələrin aparıcı istehsalçıları yer alır.
Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.