AZ

Bakıda piyadanı vuran sürücü DÖYÜLDÜ

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən iki şəxsdən birini avtomobil vurub.

Oxu.Az xəbər verir ki, hadisə sentyabrın 4-də Nərimanov rayonu, Qafur Murad küçəsində saat 13:00-da qeydə alınıb.

Hadisədən sonra xanımın yanında olan şəxs sürücüyə hücum çəkib və onu döyüb.

Bakıda piyadanı vuran sürücü DÖYÜLDÜ

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, "Toyota" markalı avtomobilin sürücüsü piyadanı vurub.

"Hadisə zamanı sürücü ilə piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranıb. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir", - deyə C.Qənbərli bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
2
oxu.az

3Mənbələr