AZ

Ukraynada əlil uşağını tək böyüdən ata səfərbərliyə cəlb edilib - ÖZƏL

Ukraynanın Odessa vilayətinin Bolqrad şəhərində səfərbərlik mərkəzi əməkdaşları əlil uşağını tək böyüdən atını hərbi xidmətə çağırıblar. Məlumata görə, kişinin iki övladı var və onlardan biri əlildir. Olaylar.az xəbər verir ki, xəbəri "Strana" nəşri yayıb. Hadisə zamanı yerli sakinlər səfərbərlik əməkdaşlarının bu addımına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər. Şahidlər bildiriblər ki, tərəflər arasında bütün danışıq rus dilində aparılıb. 
Qeyd edək ki, Ukraynada 2022-ci ilin fevralından ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb. Ordu sıralarında şəxsi heyət çatışmazlığı səbəbindən son aylarda səfərbərlik mərkəzlərinin əməkdaşları ictimai yerlərdə reydləri gücləndiriblər. Sosial şəbəkələrdə kişilərin zorla aparılması və vətəndaşlarla hərbi komissarlıq işçiləri arasında qarşıdurmaların görüntüləri mütəmadi paylaşılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr