AZ

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Bakı. Trend:

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olanTuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan vəbeynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ciTicarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrəMükafatlar – 2025” (11th Trade and Supply Chain Finance ProgramAwards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi”(Best SME Deal of the Year) nominasiyasının qalibi elan edilib.

Mükafat 02 sentyabr 2025-ci il tarixində Sinqapurda keçirilənrəsmi tədbir zamanı təqdim olunub.

Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan bunüfuzlu müsabiqədə müxtəlif ölkələrdən olan bankların ticarət vətəchizat zənciri maliyyələşməsi sahəsində həyata keçirdiklərilayihələr, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətindəatdıqları addımlar və innovativ yanaşmaları hərtərəfli təhliledilərək qiymətləndirilib. TuranBank-ın bu prestijli mükafata layiqgörülməsi, Bankın KOS sektorunun inkişafı istiqamətində atdığısəmərəli və davamlı addımların, eləcə də beynəlxalq maliyyəinstitutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqlarınbariz nümunəsidir.

Məlumat üçün bildirək ki, yarandığı tarixdən etibarən 33 ilərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş,xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyəsektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik vəorta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalqkredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıqəlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB),EMF Mikromaliyyə Fondu, Blue Orchard İnvestisiya Fondu, Qara DənizTicarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslamKorporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət vəİnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları iləkiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərəkqeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

TuranBank

Bizimlə etibarlıdır...

TuranBank
TuranBank
Məqalədə:
Seçilən
38
9
az.trend.az

10Mənbələr