AZ

Xorvatiya Ukraynaya qoşun göndərməkdən imtina ETDİ

Xorvatiya hətta atəşkəs olsa belə, öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bunu Xorvatiyanın müdafiə naziri İvan Anusiç deyib.

Xorvatiya ilə yanaşı, Polşa, İtaliya və Bolqarıstan da Ukraynaya qoşun göndərmək planlarından imtina ediblər. 

Parisdəki “istəklilərin koalisiyası”ndan sonra Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, 26 ölkə hərbi münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti vermək niyyətindədir.

O qeyd edib ki, bəzi ölkələr Ukraynadan kənarda qalarkən, məsələn, Kiyev qüvvələrinin hazırlanmasına və təchiz olunmasına kömək etməklə, zəmanət verəcəklər. Eyni zamanda, Fransa lideri bu ölkələrin adlarını çəkməkdən, hətta koalisiyanın Ukrayna ərazisinə yerləşdirməyi planlaşdırdığı beynəlxalq kontingentin təxmini sayını göstərməkdən imtina edib.

Aminə Şahsuvarqızı

Seçilən
99
2
redaktor.az

3Mənbələr