AZ

2 nömrəli avtobuslar niyə gecikir? -"BakuBus"dan AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında yaşayan sakinlər günorta saatlarında 2 nömrəli avtobusun gecikməsi halının artdığını bildirr. Onların sözlərinə görə, avtobus bəzən 30 dəqiqədən çox gecikir.

Mövzu ilə bağlı Redaktor.az “BakuBus” MMC-yə sorğu göndərib. Sorğuya cavab olaraq bildirildi ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 7-8 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 20 avtobus hərəkət edir.

"Son günlərdə bu marşrut xətti üzrə pik saatlarda gecikmələr müşahidə olunur. Gecikmələrə səbəb, Əhməd Rəcəbli-Şəki dairəsi istiqamətində aparılan yol təmir işləri, həmçinin Formula 1 yarışları ilə əlaqədar Puşkin küçəsində tətbiq edilən hərəkət məhdudiyyətləridir.

Sərnişinlərimizdən təmir işləri və tədbir başa çatanadək yaranan müvəqqəti gecikmələrə görə anlayışlı olmalarını xahiş edirik".

Xədicə BAXIŞLI

Seçilən
5
1
redaktor.az

2Mənbələr