AZ

Moskva vilayətində təyyarə qəzaya uğradı: Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Moskva vilayətinin Luxovitsı şəhərində şəxsi yüngülmühərrikli təyyarə idaəetmədə yaranan problem səbəbindən qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a regionun fövqəladə hallar xidmətlərindən məlumat verilib.
"Luxovitsıda, İlyasovo kəndində "Aviatika" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, göyərtədə bir pilot olub. O, ölüb", - məlumatda bildirilir.
Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyirlər, hadisənin təfərrüatı və mümkün fəsadlar aydınlaşdırılır.
Seçilən
8
oxu.az

1Mənbələr