Joze Mourinyo iləyollarını ayıran “Fənərbağça” yeni baş məşqçi axtarışını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu İsmayıl Kartalla şifahi razılıq əldə edib, amma paralel olaraq əcnəbi namizədlərlə də danışıqlar aparır.
Lusiano Spaletti ailəsinə vaxt ayırmaq, Angelos Postekoqlu isə beş böyük liqada işləmək istədiyi üçün təklifi geri çeviriblər.
Əgər digər variantlarla anlaşma baş tutmasa, “Fənərbağça” Kartalla müqavilə bağlayacaq.