AZ

Xorvatiya:"Ukraynaya qoşun yeritmək niyyətində DEYİLİK"

Ajans.az HRT teleradioya istinadən xəbər verir. "Xorvatiya ordusu Ukraynaya getməyəcək. Biz öz qoşunlarımızı göndərməyə nə hazırıq, nə istəyirik, nə də planlaşdırırıq. Son günlər bəzi NATO ölkələri və 'istəklilər koalisiyası' tərəfindən bu istiqamətdə qərarlar müzakirə olunur, lakin Xorvatiya bu təşəbbüsdə iştirak etmir", – deyə nazir bildirib. Anusiç əlavə edib ki, Zaqreb bundan sonra da Ukraynaya siyasi, hərbi, texniki və maliyyə dəstəyi göstərməyə davam edəcək, lakin birbaşa hərbi iştirak məsələsi gündəmdə deyil. Xorvatiya rəsmisinin bu açıqlaması, Rusiya Prezidenti Vladimir Putinin son xəbərdarlığından sonra səslənib. Putin bəyan edib ki, NATO ölkələrinin hərbi kontingenti Ukrayna ərazisinə daxil olacağı təqdirdə, həmin qüvvələr Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək. Rusiya lideri bildirib ki, Qərbin Ukraynanı NATO-ya yaxınlaşdırmaq cəhdləri, xüsusilə də ölkə ərazisində xarici qoşunların mövcudluğu, Moskva üçün strateji təhlükə hesab olunur və bu cür qərarların nəticələri nəzərə alınmalıdır.

 

Seçilən
5
Ajans.az

1Mənbələr